waplog

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə NRYTN-in tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlıq və gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi imzalanıb. 10 avqust tarixində Vergilər Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutan imzalama mərasimində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər.
 
Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanıb.
 
Tərəflər əsas fəaliyyət sahələri üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, eləcə də "Elektron hökümət",  elektron idarəçilik, elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək, birgə tədbirlər, təlim və seminarlar keçirməyi qərara alıblar. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL