Yüngül çəkili odadavamlı material yaradılıb
Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış yeni odadavamlı materialın sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq, amma çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, materialın əsasını köpüklənmiş polimid polimer təşkil edir, həmçinin qrafen və qırmızı fosfor kompoziti əlavə edilib. Qeyd edək ki, həm polimid, həm də fosfor yanar materialdır, amma qrafenlə qatışdırıldıqdan sonra onların xüsusiyyəti dəyişir.
Yeni materialın sıxlığı təxminən 16 mq/sm3 təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Bu halda onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kq-lıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. B xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL