waplog

“Samsung” daxili alkotesterə malik ilk smartfon hazırlayır


Cənubi Koreyanın “Samsung” şirkəti dünyada daxili alkotesterə malik ilk smartfon təqdim edəcək. Bu haqda “Patently Apple” bloqunun saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti news.rambler.ru saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi artıq “Samsung”un alkotester texnologiyasını patentləyib.
 
Müəlliflər tərəfindən “qaz datçiki” kimi təsvir edilən modul istifadəçinin nəfəsini təhlil edərək onun sərxoşluq səviyyəsini ölçmək qabiliyyətinə malikdir. Şirkətin mühəndisləri alkotesteri stilusun daxilinə yerləşdirməyi təklif edirlər ki, bu da smartfonun korpusunda yerə qənaət etməyə imkan verəcək. Patent sənədlərinə əsasən, yeni texnologiya “Galaxy Note” modellərində əlçatan olacaq.
 
Bloqun məlumatına görə, yeni alkotester sürücüləri cərimələrdən və sürücülük hüququnun məhrum edilməsindən qoruyacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL