waplog

2021-ci ilə daşınan elektronika qurğularının tədarük həcmi 430 milyon təşkil edəcək


“Tractica” tədqiqat şirkətində çalışan ekspertlərin proqnozuna görə, yaxın 5 ildə qlobal daşınan elektronika bazarının həcmi orta hesabla ildə 24,1% artacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, daşınan qurğuların tədarük həcmi 118-dən (2016) 430 milyonadək (2022) artacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, gözləntilərə görə, proqnozlaşdırılan dövrün sonunda “ağıllı” saat sözügedən bazarın ən böyük kateqoriyası olacaq. Həmçinin "ağıllı" geyimlər, daşınan kameralar, smart eynəklər, "ağıllı" qulaqcıqlar və başqa bu kimi kateqoriyalar daşınan cihazlar sənayesinin inkişafına öz töhfəsini verəcək.
 
“Tractica” şirkətinin tədqiqatlar üzrə direktoru Aditya Kaulonun fikrincə, istifadəçi sağlamlığının qorunub saxlanılması üçün nəzərdə tutulmuş qurğular daşınan elektronika bazarının inkişafının növbəti mərhələsində artımı təmin edəcək.
 
"Öz diqqətini sadə fitnes qolbaq və fiziki fəallıq trekerlərinə deyil, diabet və ürək-damar sistemi xəstəlikləri kimi xroniki xəstəliklərin profilaktikası üçün nəzərdə tutulmuş qurğulara yönəltmiş daşınan elektronika istehsalçıları son nəticədə uğur əldə edəcəklər" – mütəxəssis deyib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL