“Google”-un süni intellekti şəkillərdən su nişanlarını silməyi öyrənib
Su nişanları (filiqran) şəkli kopyalamadan qorumaq üçün ən etibarlı üsul hesab edilir. Ancaq bu metod da artıq effektiv deyil. Belə ki, “Google” şirkəti süni intellektə istənilən şəkildən filiqranı silməyi öyrədib. Yeni texnologiyanın işini bir sıra şəkillərdə nümayiş etdiriblər. İstehsalçılar, həmçinin süni intellektin işini çətinləşdirmək barədə məlumat veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, mürəkkəb filiqranların bütün şəkildən silinməsi qeyri-mümkün görünə bilər, ancaq eyni nişanlara malik çoxsaylı şəklin təhlili və müqayisəsi süni intellektə bu çətin işin öhdəsindən gəlməkdə kömək edir. Süni intellekt filiqranın naxışını qeydə alır, optimal alqoritm seçir və bundan sonra heç bir problem olmadan fon təsvirini ayırır.
Bu texnologiya fotobank sahiblərinə zərər vura bilər, buna görə “Google”, həmçinin alqoritmin qarşısını almaq üsulunu nümayiş etdirib. Bundan ötrü hər bir şəkildəki su nişanını yalnız bir az uzatmaq lazımdır. Fərq adi gözlə görünməyəcək, ancaq süni intellekt nişanı tamamilə silə bilməyəcək və şəkildə izlər qalacaq. Bundan başqa, fotobanklar su nişanlarının əlavə edilməsi alqoritminə təsadüflük daxil edə bilərlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL