“Facebook” şirkəti “Safety Check” funksiyasını yeniləyib
“Facebook” sosial şəbəkəsi “Safety Check” funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsilə öz dostlarını xəbərdar edə bilərlər ) daima işləyən ayrıca bölmə şəklinə salıb. Bu haqda “Disaster Response” səhifəsi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, indi bütün dünyada təhlükəli vəziyyətlər haqda məlumatlar yeni bölmədə toplanır. Şirkətin planına görə, evdən uzaqda olan və çətin vəziyyətə düşən istifadəçilər kömək axtara, yaxud başqa insanlara kömək edə biləcəklər.
Şirkət rəsmiləri bildiriblər ki, yeni bölmə yaxın həftələrdə “Facebook”un veb versiyası və sosial şəbəkənin mobil proqramının bütün istifadəçilərinə əlçatan olacaq.
Qeyd etmək lazımdır ki, “Safety Check” xəbərdarlıqlar sistemi bir neçə dəfə yanlış işləyib. Bu il mayın sonunda Moskvada qasırğa zamanı sosial şəbəkə təbii fəlakətdən yalnız bir gün sonra “Safety Check” funksiyasını aktivləşdirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL