waplog

“Samsung” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb


“Samsung Electronics” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb. Beləliklə, Cənubi Koreya nəhəngi “Amazon Alexa” və “Apple Siri” texnologiyaları ilə mübarizədə irəliyə doğru daha bir addım atıb.

“Bixby” servisi qabaqcıl “Galaxy S8” smartfonu ilə birgə təqdim edilib və əvvəlcə yalnız Cənubi Koreya və ABŞ-da işləyib. İndi virtual səs köməkçisinin əhatə dairəsi xeyli genişlənib, ancaq əvvəlki kimi ingilis və Koreya dillərini başa düşür.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "Bixby köməkçisinin səs imkanlarının genişləndirilməsi – bu, xidmətin funksiyalarının hər yerdə tətbiqi istiqamətində atılmış ilk addımdır. Özü öyrənmə xüsusiyyəti gələcəkdə “Bixby” səs köməkçisinə müxtəlif qurğularla daha intellektual və fərdiləşdirilmiş qarşılıqlı əlaqəni təmin etməyə imkan verəcək" – “Samsung” şirkətinin icraçı vitse-prezidenti İnconq Ri deyib.

“Bixby” səsli idarəetmənin köməkliyi ilə albomda müəyyən şəkilləri axtara, istifadəçilərə indi çəkilmiş şəkilləri göndərə və başqa funksiyaları yerinə yetirə bilər. Sözügedən servisin rəqiblərindən əsas fərqi odur ki, onunla ünsiyyət saxlamaq üçün xüsusi komandalar seçməyə ehtiyac yoxdur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL