waplog

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir


Hazırda “AccuWeather” mobil qurğular üçün ən yaxşı hava proqramlarından biridir. Lakin bu proqramın “Apple” şirkətinin prinsiplərindən birini pozması gözlənilməz olub. Belə ki, sözügedən mobil tətbiq istifadəçilər barəsində məlumat toplayır.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, tədqiqatçı Uill Strafax “AccuWeather” mobil proqramını ətraflı təhlil etdikdən sonra məlum olub ki, istifadəçilər öz olduqları yerin təyinini blokladıqda belə əvvəlki kimi bəzi informasiya “RevealMobile” şirkətinə göndərilir. Bu informasiya mobil proqram tərtibatçılarına proqramdan pul əldə etməyə kömək edir.

Hazırda nə “Apple”, nə də “AccuWeather” bu təhlil haqda heç bir şərh verməyiblər. Amma Strafax deyib ki, keçmişdə mobil proqramların belə davranışı ABŞ Federal Ticarət Komissiyası tərəfindən araşdırma aparılması üçün əsas olub.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL