waplog

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Quba rayonu ərazisində əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparır.
 
Belə ki, Quba Telekommunikasiya Qovşağının xidməti ərazisində elektron ATS-lərin xətt şəbəkəsi texniki normaya gətirilir, köhnə avadanlıqlar yeni daha müasirləri ilə əvəz olunur, port tutumu və nömrə resursları artırılır.
 
Genişzolaqlı internetə olan tələbatı nəzərə alaraq kənd Elektron ATS-lərində də  mövcud port tutumunun artırılması üçün zəruri işlər görülür. Rayonun Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka kəndlərinin elektron ATS-lərində ən son texnologiyaya əsaslanan internet avadanlığı olan DSLAM (Digital Subscriber Line Access Multiplexer - Rəqəmli Abunəçi Çıxış Multipleksoru) quraşdırılıb.   
 
 
Paralel olaraq Qəçrəş kəndində 256 nömrə tutumlu KAREL tipli yeni elektron ATS binası tikilərək istifadəyə verilib.
 
Həyata keçirilən işlərin nəticəsi olaraq rayon üzrə internet istifadəçilərinin sayı 30% artıb.
 
Abunəçilərə daha keyfiyyətli və sürətli internet xidmətlərinin göstərilməsi üçün işlər hazırda da davam etdirilir.












NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL