“Gartner”: “2017-ci ildə elektron aksessuarların satış həcmi 17 faiz artacaq”
"Gartner" analitik şirkəti 2017-ci ilin sonunadək dünyada 310,4 milyon "ağıllı" saat və digər elektron aksessuarların satılacağını proqnozlaşdırır. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 16,7 faiz çoxdur. Pul ifadəsində satış həcminin 30,5 milyard dollaradək artacağı gözlənilir ki, bunun da 9,3 milyard dolları "ağıllı" saatların payına düşəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, "ağıllı" saatların 2019-cu ildən etibarən "Bluetooth" qarniturları istisna olmaqla bütün elektron aksessuarlarının ən kütləvisi olacağı proqnozlaşdırılır. 2017-ci ildə dünyada 41,5 milyon "ağıllı" saat satılacağı halda 2021-ci ilədək onların sayı 81 milyona çatacaq ki, bu da daşınan elektronikanın ümumi satış həcminin 16 faizinə bərabər olacaq. Analitiklərin fikrincə, buna baxmayaraq onların 223,35 dollar təşkil edən hazırkı orta qiyməti 214,99 dollaradək azalacaq, lakin "Apple", "Fossil" kimi iri şirkətlər məhsullarının qiymətini ənənəvi saatlar səviyyəsində saxlayacaq.
Analitiklərin qənaətinə görə, 2021-ci ilədək qulaqcıq üçün 3,5 mm-lik çıxışa malik yüksək sinfə aid smartfonlar satışdan çıxarılacaq. Bunun 2017-ci ildə dünyada satış həcmi 150 milyon, 2021-ci ildə isə 206 milyon təşkil edəcək "Bluetooth" qarniturlarına tələbatın artacağına səbəb olacağı gözlənilir. Hazırda geniş yayılmayan virtual eynəklərin il ərzində satılacaq bütün elektron aksessuarların 7 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL