waplog

“Intel Myriad X” prosessoru qurğuların görmə qabiliyyətini yaxşılaşdıracaq


Ötən ilin sentyabrında “Intel” korporasiyası Kaliforniyanın 2005-ci ildən dərin kompüter təlimi və kompüter görməsi üçün xüsusiləşmiş prosessorların hazırlanması ilə məşğul olan “Movidius” şirkətini satın alıb. O vaxt “Movidius” mühəndisləri obyektlərin müşahidəsi və tanınması üçün pilotsuz uçan aparatlara, mühafizə sistemlərinə və digər qurğulara quraşdırılan “Myriad 2” prosessorunu hazırlamaqla məşğul olublar. Şirkəti satın alan “Intel” patent və texnologiyalar paketinə sahib çıxıb. Hazırda təqdim olunan yeni “Myriad X” prosessoru da əvvəlki prosessorları üstələyir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “Myriad X” prosessorunda ilk dəfə olaraq neyron hesablama mühərriki (Neural Compute Engine) quraşdırılıb. Çip dərin kompüter təlimi texnologiyasına əsaslanır. “Intel” korporasiyasının prosessoru bazara uğurla çıxaracağı təqdirdə əksər şirkətlər onu dron, “ağıllı” kamera və robotlara quraşdırmağa başlayacaq.

Məlumata görə, prosessorun kiçik qəpik ölçüsündə olması onu kompakt qurğulara quraşdırmağa imkan verəcək. Bundan başqa, böyük gücə malik “Myriad X” saniyədə 4 trilyondan çox əməliyyat (4 TOPS) yerinə yetirə bilir. Əvvəlki prosessor modeli 1-1,5 trilyon əməliyyat (1-1,5 TOPS) yerinə yetirib. “Myriad X”, həmçinin bir neçə neyron şəbəkənin eyni anda təlimi üçün 10 qat yüksək məhsuldarlıq təmin edir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL