waplog

Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib


"Açıq hökumət"in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili" layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi tədbirdə təşkilatın sədri Xalid Kazımov bildirib ki, layihənin məqsədi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) təşəbbüsünün tətbiqinə dəstək vermək, region sakinlərini elektron xidmətlər barədə məlumatlandırmaq və onlara elektron xidmətlərə müraciət zamanı yardım göstərməkdir.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov iştirakçılara elektron xidmətlərin üstünlükləri və "Elektron hökumət" portalı ilə bağlı məlumat verib: "Elektron hökumət" – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına "vahid pəncərə" prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda "Elektron hökumət" portalında 454 elektron xidmət mövcuddur. İstifadəçilərə "Elektron hökumət" portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi təqdim edilir. Bunlar "E-imza", "E-Gov" mobil identifikası vasitəsi, "Elektron hökumət" portalı tərəfindən vətəndaşa verilən kod-parol və "Asan imza"dır. "Elektron hökumət" portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Portalda, həmçinin 17 növ arayışın elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür".

Tədbir "Elektron hökumət" quruculuğu üzrə müzakirələrlə davam edib.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL