"Dünyanı dəyişdirən müasir texnologiyalar”
Oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə işə başlayan Beynəlxalq Humanitar Forumunun “Dünyanı dəyişdirən müasir texnologiyalar” mövzusunda seksiya iclasları oktyabrın 11-də Bakı Dövlət Universitetində davam etdirilib.
Üç bölümdən ibarət olan “Dünyanı dəyişdirən müasir texnologiyalar” mövzusundakı plenar toplantını giriş nitq ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıblar. Natiqlər XX əsrin son və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyalarından danışıb, bu amillərin cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini qeyd ediblər.
“Müasir texnologiyalar və qlobal katastroflar” bölümün ilk məruzəçisi olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi “Müasir texnologiyalar və onların qlobal ekoloji və sosial katastroflarda rolu” mövzusunda çıxış edib Daha sonra rus və Azərbaycan alimlərinin müxtəlif mövzulardakı məruzələri dinlənilib. Məruzələr müzakirə və diskussiyalarla başa çatıb.
“Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu” adlı 2-ci bölümdə Bakı Dövlət Universitetinin rektoru, akademik A.M.Məhərrəmov “İntensiv texnologiyaların sürətli artımı şəraitində elm və təhsilin balanslı inkişafı” mövzusunda məruzə edib. Məruzə maraqlı diskussiyalar üçün zəmin yaradıb. Azərbaycan, Rumıniya, ABŞ və Rusiya alimlərinin maraqlı məruzələrin dinlənildiyi bölüm sonda universitetlə tanışlıq və NANO Araşdırmalar mərkəzinin açılış ilə başa çatıb.
“Müasir texnologiyalar və davamlı inkişaf” bölümünü isə Bilkənd Universitetinin prezidenti, professor Əli Doğramacı açıb. Dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin məruzələri əsasən ingilis dilində edilib və maraqla qarşılanıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL