waplog

BDU-da Nano Araşdırmalar Laboratoriyası açılıb


Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun “Dünyanı dəyişdirən müasir texnologiyalar” mövzusunda Bakı Dövlət Universitetində keçirilən seksiya iclaslarında Nano Araşdırmalar Laboratoriyasının açılışı olub.

Açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, həmin universitetin kimya fakültəsinin dekanı, akademik Lunin, MDB-nin Nanotexnologiya üzrə innovasiya mərkəzinin direktoru Ruzayev, Rumıniyanın Ovidus Universitetinin professoru Eden Mamut, Bilkənd Universitetinin prezidenti, professor Əli Doğramacı, ABŞ-ın Delaver Universitetinin professoru İsmat Shah və başqaları iştirak edıblər.

Mərasimdə iştirak edənlərin diqqətinə çatdırılıb ki, nanomateriallar və nanotexnologiyalar üzrə elmi araşdırmaların hazırda dünyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında 2005-ci il tarixində “Nano araşdırmalar mərkəzi” və “Nanomaterialların kimyəvi fizikası” kafedrası açılıb.

Elə o vaxtdan da nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilib. Laboratoriya çox yüksək ayırd etmə qabiliyyətinə malik atom qüvvə və tunel mikrosku, Furye spektrometri, spektroflüorimetr, spektofotometr, böyük ayırd etmə qabiliyyətinə malik müasir optik mikroskop, qamma spektrometri və sair qiymətli cihazlarla təchiz edilmişdir.

Laboratoriyanın müdiri professor Məhəmmədəli Ramazanovdur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL