Alimlər sifəti qismən görünən insanları tanıyan alqoritm yaradıblar
Hindistan və Böyük Britaniyadan olan alimlər qrupu tərəfindən təqdim edilmiş sifətin tanınması alqoritmi sifəti qismən görünən insanı yüksək dəqiqliklə tanımaq qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər tərəfindən təqdim edilmiş alqoritm dərin təlim əsasında işləyir və insanı onun sifətindəki 14 nöqtə üzrə (göz, qaş, dodaq və sairə) tanıyır. İlk dəfə oxşar alqoritm indiki layihənin əsas müəllifinin iştirakı ilə 2014-cü ildə hazırlanıb.
Təkmilləşdirilmiş alqoritm iş prosesində əvvəlcə dəqiq neyron şəbəkəsinin köməyi ilə insanın sifətində 14 lazımi nöqtəni axtarıb tapır. Bundan sonra maskalanmış sifətdə qeyd edilmiş nöqtələr ayrıca məlumat bazasında saxlanılan sifəti görünən şəkillərdəki nöqtələrlə müqayisə edilir.
Alimlər alqoritm üzərində iş zamanı onu iki məlumat bazası üzrə yoxlayıblar. Birinci məlumat bazası sifəti tamamilə görünməyən insan şəkillərindən ibarətdir. İkinci baza isə sifəti nisbətən bağlı şəkillərdən ibarətdir. Alqoritm sınaqlar zamanı birinci bazadakı şəkilləri 62,6%, ikinci bazadakı şəkilləri isə 78,4% dəqiqliklə aşkar edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL