waplog

Alimlər yeni təhlükəsiz akkumulyator tipi yaradıblar


Tez-tez internetdə partlamış smartfonlardan zərərçəkmiş insan və ya onların mülkiyyəti haqda məlumatlar oxuyuruq. Əksər hallarda litium ion akkumulyatorları, daha dəqiq isə enerji yükləyən və boşaldan elektrolitlər buna səbəbdir. Adətən elektrolitlərin kifayət qədər enerji toplaması üçün onlar yanar kimyəvi maddələrdən istehsal edilməlidir, amma Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit tipi yaratmağa müvəffəq olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, iki il bundan əvvəl alimlər komandası tərəfindən yaradılmış su əsasında işləyən elektrolitin gərginliyi 3 volt təşkil edirdi. Elektrolitin istifadəsi təhlükəsiz olsa da, çox enerji saxlaya bilmirdi, buna görə kommersiya məqsədilə istifadə üçün əlverişli deyildi. İndi alimlər su əsasında işləyən elektrolitin analoqunu yaratmağa nail olublar.

Eyni zamanda mütəxəssislər belə problemlə üzləşiblər ki, su əsasında işləyən elektrolitlərdən ibarət akkumulyatorlar qısa işləmə müddətinə malikdir. Əgər alimlər bu problemi həll etsələr, onda smartfonlarda quraşdırılan batareyalar daha təhlükəsiz olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL