waplog

“Xiaomi” şirkəti “Mi Mix 2” adlı çərçivəsiz smartfonunu təqdim edib


Çinin “Xiaomi” şirkəti “Mi Mix 2” adlı çərçivəsiz smartfonunu rəsmən təqdim edib.

“Mi Mix 2” smartfonu tərəflər nisbəti 18:9 olan 5,99 düymlük ekranla təchiz edilib. Displeyin təsvir ölçüsü 2160x1080 piksel təşkil edir və smartfon qabaqcıl “Qualcomm Snapdragon 835” prosessoru ilə işləyir. Sözügedən qurğuda əməli yaddaşın tutumu 6 QB, daxili yaddaşın tutumu  isə 64, 128 və ya 256 QB təşkil edir. Həmçinin 8 QB-lıq əməli yaddaş, 128 QB-lıq əsas yaddaş və keramikdən hazırlanmış korpusa malik “Special Edition” modeli buraxılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, smartfonun əsas kamerasının təsvir ölçüsü 12 meqapikseldir və optik sabitləşmə sisteminə malikdir. Displeyin alt hissəsində yerləşən ön kameranın təsvir ölçüsü isə 5 meqapikseldir. Qurğunun arxa hissəsində barmaq izlərinin datçiki yerləşir və “Qualcomm Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasına malik daxili akkumulyatorun tutumu 3400 milliamper/saat təşkil edir.

Smartfonun ölçüsü 151,8x75,5x7,7  mm, çəkisi isə 185 qram təşkil edir. Aparat “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL