waplog

Yeddi nanometrlik “Samsung” çipləri istehsal ediləcək


“Samsung” şirkəti 2018-ci ilin əvvəlində mobil qurğular üçün 11 nanometrlik texnoloji proses üzrə çiplərin istehsalına başlamağı planlaşdırır.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bu, hazırkı 14 nanometrlik çiplərlə müqayisədə prosessorun ölçüsünü 10 faiz azaltmağa və eyni enerji sərfiyyatı ilə məhsuldarlığı 15 faiz artırmağa imkan verəcək.  

Məlumata görə, yeni prosessorların orta və yüksəksəviyyəli smartfonlarda tətbiqi nəzərdə tutulur. Lakin növbəti ilin ikinci yarısında “Samsung” qabaqcıl qurğular üçün 7 nanometrlik texnoloji proses əsasında çiplər təqdim edəcək. Söhbətin ilk növbədə növbəti nəsil “iPhone” üçün “Apple A12” prosessoru haqqında getməsi ehtimal edilir.

Bildirilir ki, şirkət bu sahədə texnologiyalar barədə ətraflı məlumatı sentyabrın 15-də Tokioda keçiriləcək “Samsung Foundry Forum Japan” konfransında təqdim etməyi planlaşdırır. İstehsalçının, həmçinin gələcəkdə 6 nanometrlik texnoloji prosesə keçid üzrə layihə haqqında məlumat verəcəyi gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL