waplog

Virtual reallıq xarici dil öyrənməyə kömək edəcək


"ATi Studios" şirkəti "Google Daydream" platforması üçün səsi tanıyan və xarici dil öyrənməyə kömək edən "MondlyVR" proqramını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti " Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, "MondlyVR" xarici dil öyrənən insanlara virtual reallığa daxil olaraq orada personajlarla ünsiyyət və təmas qurmağa imkan verəcək. Mütəxəssislərin sözlərinə görə, əlavə populyar dillər (ingilis, yapon, fransız, ispan və s.) və yalnız dil daşıyıcıları və linqvistika sahəsində mütəxəssislər tərəfindən öyrənilən dillər (fin, macar) daxil olmaqla 30 dili dəstəkləyəcək.

Şirkətin baş icraçı direktoru Aleks İlieskunun sözlərinə görə, yeni dildə insanları ünsiyyətdən qorxu və praktikanın olmaması çəkindirir. "MondlyVR" isə bu maneələri aradan qaldırmağa kömək edərək tələbələrə real ünsiyyət vəziyyətlərində özlərini rahat hiss etməyə imkan verir.

Bildirilir ki, ənənəvi tədrisdə insana yeni dildə ünsiyyətə qoşulmaq üçün 6 ay lazım olduğu halda "MondlyVR" bunu ilk dərs günündən etməyə şərait yaradır.

Bununla yanaşı, yeni əlavəni praktikadan keçirən "UploadVR" portalının müəllifi bildirib ki, dəstəklənən dillərin hamısı eyni dərəcədə yaxşı işləmir. Belə ki, yapon dilində proqram sadə ifadənin transkripsiyasını düzgün versə də, onu yoxlaya və başa düşə bilməyib. Bununla bərabər, müəllif ispanca danışanda belə problemlər yaranmayıb.

"Mondly" proqramından uzun müddətdir bütün dünyada istifadə olunur. İndi isə onun "Google Daydream" platforması üçün nəzərdə tutulan versiyasından yararlanmaq mümkün olub. Onunla iş üçün virtual reallıq kaskası tələb olunur.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL