Nazir rabitə obyektlərinin səmərəli mühafizəsinə görə bir qrup əməkdaşı mükafatlandırdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin (HMİ MMC) yaranmasından 20 il ötür. Belə ki, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi məqsədilə 1997-ci ilin sentyabr ayında Hərbiləşdirilmiş Mühafizə İdarəsi yaradılıb.
HMİ nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların və mühafizə olunan başqa rabitə və qeyri-rabitə obyektlərində mühafizəni, obyektlərə nəzarət-buraxılış rejimi və yanğın təhlükəsizliyinə nəzarətin həyata keçirilməsini təmin edir.
Bu gün HMİ MMC 845 nəfərlə 211 rabitə və qeyri-rabitə obyektlərinin mühafizəsini həyata keçirir. Həmin mühafizə olunan obyektlərin 81-i Bakı şəhərində, 130-u respublikanın digər rayon və şəhərlərində yerləşir.
İdarənin yetişdirdiyi gənc mühafizəçilər idmanın müxtəlif növləri üzrə Ümumrespublika, Avropa və dünya çempionatlarında layiqli qələbələr əldə ediblər. Bu sırada vaxtı ilə mühafizəçi kimi fəaliyyət göstərən kunq-fu taolu, kunq-fu sanda üzrə dünya çempionu Asif Sayadov, kunq-fu sanda üzrə “Dünya Kuboku”nda qızıl medalın sahibi Ramil Məmmədov, boks üzrə dünya və Avropa çempionu Ehram Məcidov və hazırda da öz iş fəaliyyətini davam etdirən sərbəst güləş üzrə Respublika çempionu, veteranlar arasında keçirilən Olimpiya Oyunlarının bürünc medalçısı, müharibə veteranı Rövşən Quliyevin adlarını çəkmək olar.
Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaradılmasının 20 illiyini nəzərə alaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş rütbə və fəxri fərmanla təltif edilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL