waplog

Səudiyyə Ərəbistanı “Skype”dan istifadəyə qoyulmuş qadağanı aradan qaldırır


Səudiyyə Ərəbistanı 20 sentyabr tarixində səsli və videorabitə (IP telefoniya) üçün proqramlardan istifadəyə qoyulmuş qadağanı ləğv edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, "biz telekommunikasiya sektorundakı partnyorlarla əməkdaşlıq çərçivəsində zənglər üçün proqramlara qoyulmuş məhdudiyyəti ləğv edəcəyik" – Səudiyyə Ərəbistanının telekommunikasiya naziri deyib.

O bildirib ki, sözügedən proqramlara qarşı bir sıra tələblər irəli sürüləcək. Tələblər hələ ki açıqlanmayıb. Məlumat verək ki, “Skype” servisi 1 il bundan əvvələdək Səudiyyə Ərəbistanında geniş istifadə edilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL