İnsan beynini “Əşyalar interneti”nə qoşmaq planlaşdırılır
Cənubi Afrikada Vitvatersranda Universitetinin tələbələri tərəfindən hazırlanmış neyron kompüter interfeysi insan beyninin aktivliyi haqda məlumatları toplamaq və onları kompüter təlimi üçün material kimi istifadə etmək qabiliyyətinə malikdir. Layihə “Brainternet” adlandırılıb. Hazırlama haqqında universitetin saytında press-reliz bildirir.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, istehsalçılar beynin aktivliyini qeydə almaq üçün “EMOTIV EPOC” adlı 14 kanallı elektroensefaloqrafdan istifadə ediblər. O, böyük yarımkürələr qabığının müxtəlif zonalarında yerləşmiş 14 nöqtədə beynin elektrik aktivliyini qeydə alır. Məlumatın toplanması üçün istifadə edilən elektrodlu simsiz plastik şlem insana gündəlik məsələləri yerinə yetirməkdə mane olmur. Toplanılmış məlumatlar dayaq vektorları metodu əsasında yaradılmış alqoritmin köməyi ilə emal edilir. Daxil olan informasiyanı təhlil edən alqoritm beynin elektrik aktivliyinin konkret nümunələrini müəyyən hərəkət tipi ilə əlaqələndirir. Məsələn, sistem insanın hərəkət etdiyini, yaxud dayandığını müəyyənləşdirə bilir.
İstehsalçılar gələcəkdə “Brainternet”i “Əşyalar interneti” sistemlərinə qoşulmaq qabiliyyətinə malik elementlərdən birinə çevirməyi planlaşdırırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL