İlin “ənləri”
Cihaz, texnologiya və digər istehlak elektronikasına həsr edilmiş Britaniyanın ən böyük jurnalı “T3” ilin ən yaxşı qurğularını müəyyən edib. “Samsung Galaxy SII” smartfonu “ilin telefonu” adlandırılıb.
İlk dəfə olaraq son 3 il ərzində bu mükafat ilə “HTC” və ya “Apple” şirkətinin smartfonları təltif edilməyib.
“Samsung” şirkətinin flaqman “Android” smartfonu 4.7 düymlü “Super AMOLED” ekranla, 8 meqapiksel kamera və 1QB əməli yaddaş modulu ilə təchiz edilib. Keçən həftə “Apple” şirkəti yeni “iPhone 4S” smartfonunu təqdim edib, lakin onun satışları cümə günü başladığına görə o, müsabiqədə iştirak etməyib.
Qalibə gəlincə, “T3” jurnalının redaktoru Luk Piters bildirib: "Samsung Galaxy S II” əla görünür, o, gözəl interfeys, sosial müştərilərin ən yaxşı paketi və bütün müasir smartfonlar arasında ən yaxşı kamerası ilə lovğalana bilər". “Apple” şirkətinin "ilin telefonu" nominasiyasında uduzmasına baxmayaraq, o, 3 başqa mükafat ala bilib.
“MacBook Air” (11 düymlü versiya) noutbuku "T3 Design" və "ilin kompyuteri" nominasiyalarında qalib olub və “iPad” "ilin planşeti" adlandırılıb. “Twitter” "ilin rəqəmli mediaxidməti" nominasiyasında qalib gəlib, “Facebook” banisi Mark Sukerberq isə "ilin texno-insanı" adına layiq görülüb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL