Dünyanın ən güclü smartfonu məlum olub
Ekspertlər hazırda mövcud smartfonların gücünü təhlil edərək onların dünyada ən sürətlisini müəyyənləşdiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, “AnTuTu” resursunun yaradıcıları eyniadlı proqramdan istifadə etməklə müxtəlif smartfonların məhsuldarlığını analiz edib və əldə olunan nəticələrə əsasən onların ən güclüsünün reytinqini tərtib ediblər.
Sürətinə görə birinci yeri Çin istehsalçısı tərəfindən buraxılan “One Plus 5” smartfonu tutub. Reytinqin ikinci pilləsində “HTC U11” smartfon modeli qərarlaşıb. Sonrakı mövqedə cüzi fərqlə bu ilin iyununda buraxılan “ZTE Nubia Z17” yer alıb.
Məlumata görə, ilkin beşliyi iki “Samsung” modeli - “Galaxy S8+” və “Galaxy S8” tamamlayır. Analitiklər, həmçinin ən güclü qurğular onluğunda “Apple” şirkətinin əvvəlki qabaqcıl “iPhone 7 Plus” modelini qeyd ediblər.
Hazırkı reytinqin tərtib edilməsində sentyabrın 12-də təqdim edilən “iPhone” modelinin üç yeni versiyasının imkanları nəzərə alınmayıb. Ekspertlərin fikrincə, yeni qurğulardan biri növbəti ayda tərtib ediləcək reytinqə başçılıq edə bilər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL