waplog

Dördkameralı çərçivəsiz “Huawei G10” smartfonunun fotosu dərc edilib


Çinin “Weibo” servisində istehsalçının rəsmən təqdim etmədiyi və buraxılışı hazırlanan “Huawei G10” və ya “Maimang 6” smartfonunun fotoşəkilləri yayılıb.   

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, foto qurğunun bütün üst paneli tutan ekran, arxa paneldə iki qoşa kamera və barmaq izi skaneri ilə təchiz ediləcəyini təsdiq edir. “Huawei” şirkətinin nümayəndələri artıq “Maimang 6” smartfonunun sentyabrın 22-də nümayiş etdiriləcəyini təsdiq ediblər. Çindən kənarda smartfonun “Huawei G10” adlanacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl model Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında görünərək “RNE-AL00” markası ilə qeyd edilib. Smartfon tərəflərinin nisbəti 18:9 və minimal çərçivəli olmaqla üst paneli əhatə edən displeyə malikdir. Diaqonal 5,99 düym, təsvir ölçüsü Full HD+ (2160 x 1080 piksel) təşkil edir. İki qoşa kamera ilə təchiz edilən qurğunun əsas kamerası 16 və 2 meqapikselli, ön kamerası isə 13 və 2 meqapikselli moduldan ibarətdir.  

Məlumata görə, metal korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Aparat əsasını səkkiznüvəli “Kirin 659” prosessoru, 4 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.   

Akkumulyator tutumu 3240 milliamper/saata bərabər qurğu 2 SİM kartı, “4G LTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2”, “GPS” və “GLONASS” modullarını dəstəkləyir. “EMUI” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun ölçüsü 156,2 х 75,2 х 7,5 mm, çəkisi 164 qram təşkil edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL