waplog

Çərçivəsiz ekranlı “OUKITEL Mix 2” və “OUKITEL C8” smartfonları təqdim olunub


Tamekranlı smartfonların son vaxtlar populyarlıq qazanmasına görə Çinin “OUKITEL” istehsalçısı yenilikdən geri qalmamaq üçün belə ekranlarla təchiz edilən iki yeni qurğu təqdim edib. Oktyabrda satışa çıxarılacaq smartfonlar “OUKITEL Mix 2” və “OUKITEL C8” adlanır.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, xarici görünüşünə görə “Xiaomi Mix 2” smartfonuna bənzəyən “OUKITEL Mix 2” qurğusunun displeyinin korpusa nisbəti 80 faiz təşkil edir ki, bu da müasir standartlara uyğundur. Sağ aşağı hissədə, həmçinin işıqlandırıcı ilə təchiz edilən ön kamera quraşdırılıb.

Məlumata görə, “Mix 2” “OUKITEL” şirkətinin 6 giqabaytlıq operativ yaddaşa malik ilk smartfonudur. Quraşdırılmış yaddaş tutumu 64 giqabayta bərabər yeni smartfonun qiyməti 229,99 dollar təşkil edəcək. Bu, “Xiaomi Mix 2” smartfonunun qiymətindən təxminən üç dəfə ucuzdur.

Bildirilir ki, şirkət “OUKITEL Mix 2” ilə birlikdə daha ucuz - 59,99 dollarlıq çərçivəsiz ekrana malik “OUKITEL C8” modelinin buraxılışını da planlaşdırır. 5,5 düym diaqonallı ekranın tərəflərinin nisbəti 18:9 təşkil edir ki, bu da son vaxtlar smartfonlar bazarında standarta çevrilib.

Artıq istehsalçısının rəsmi saytında yerləşdirilən “OUKITEL C8” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL