waplog

“Nokia 9” smartfonunun yeni fotoları dərc edilib


“HMD Global” şirkətinin ötən ay qabaqcıl “Nokia 8” smartfonunu təqdim etməsinə baxmayaraq internetdə daha bir yeni model - “Nokia 9” barədə uzun müddətdir məlumatlar yayılır.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, yeni qurğu 5,3 düym diaqonallı ekrana, eləcə də “Nokia 8” kimi eyni xüsusiyyətlərə malik olacaq: “Adreno 540” qrafik sürətləndiricisinə malik səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 13 meqapikselli əsas qoşa və 13 meqapikselli ön kameralar. Bu dəfə isə yeni smartfonun dizaynını əks etdirən fotoşəkillər yayılıb.

Bildirilir ki, “Nokia 9” modelinin şəkillərini əvvəllər müxtəlif “Nokia” və “Lumia” smartfonları barədə dəqiq məlumatlar verən mənbə dərc edib. Fotoşəkillərə görə, smartfonun arxa qapağı ətrafları bükük formalı şüşədən ibarət olacaq.  

Qeyd olunur ki, “Nokia 9” smartfonunda şüşə arxa qapağı simsiz enerjidoldurma funksiyasının işi üçün lazımdır. Bundan əlavə, şəkillərdə “Nokia 8”-də olduğu kimi, “Zeiss” loqotipini görmək mümkündür.
“Nokia 9” smartfonunun istehsal müddəti və qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL