waplog

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq


"HTC" şirkəti 2017-ci ilin sonunadək "HTC Ocean Master", "Ocean Harmony" və "Ocean Lite" kod adı ilə daha üç smartfon modeli buraxmağı planlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "Ocean Master" və "Ocean Lite" modellərinin nümayişi noyabra, "Ocean Harmony" smartfonunun isə dekabra nəzərdə tutulur. Bundan başqa, modellərin texniki xüsusiyyətləri məlumdur.

Məlumata görə, "Ocean Master" smartfonu 6 düym diaqonallı ekran, 12 və 4 meqapikselli kamera, 4 və ya 6 giqabaytlıq operativ və 64 yaxud 128 giqabaytlıq quraşdırılmış yaddaş tutumu ilə təchiz ediləcək.  
"Ocean Lite" 5,2 düym diaqonallı displey, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq.  

"Ocean Harmony" isə 6 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL