“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi çərçivəsində "Pulsuz WiFi" xidmətindən istifadə edənlərin sayı 1 milyona yaxınlaşır.
"Baktelecom" istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə növbəti "Milyonuncu ol, noutbuku sən apar" sloqanlı hədiyyə kampaniyasını elan edib. Beləliklə, "Pulsuz WiFi" şəbəkəsindən istifadə edən 1 milyonuncu istifadəçi noutbuk qazanacaq.
Qeyd edək ki, ötən ay "Pulsuz WiFi" xidmətinin 500.000-ci istifadəçisi "Baktelecom" tərəfindən mobil telefonla mükafatlandırılmışdı.
"Pulsuz WiFi" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarında, Qış və Zabitlər parkında aktiv edilib. Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da "Pulsuz WiFi" xidməti ilə təmin ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL