waplog

Alimlər süni əzələ yaradıblar


Amerikalı alimlər tərəfindən yaradılmış süni əzələnin köməyilə insan öz çəkisindən 1000 dəfə ağır yük qaldıra bilər. Beləliklə, istehsalçılar gələcəkdə Terminatorun robot prototipini yarada biləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, süni əzələ 3D printerdə çap edilib. İstehsalçılar iddia edir ki, süni əzələ adi əzələ kimi sıxılır və genişlənir. Sınaq zamanı süni mexanizm vasitəsilə insanın öz çəkisindən min dəfə ağır yükü qaldırmaq mümkün olub.

"Biz "canlı" robotların yaradılması istiqamətində son maneələrdən birinin öhdəsindən gəldik" – Kolumbiya Universitetinin professoru Xod Lipson deyib.

Layihənin müəllifləri iddia edirlər ki, süni əzələ müxtəlif fəaliyyət sahələrində tətbiq edilə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL