“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb
22 sentyabrda rəsmən 12 sentyabrda təqdim edilmiş “iPhone 8” və 8 Plus smartfonları "birinci dalğa" ölkələrində satışa çıxarılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni “iPhone” smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.
20 yaşlı “Youtube” bloqeri Mazen Kuruş yeni nəsil “iPhone” smartfonunun ilk alıcısı olub. O, dostları ilə birgə smartfonların təqdimatından sonra “Apple”ın mağazasının yanında çadır qurub.
Bu halda “CNet” nəşri qeyd edir ki, yeni qurğular üçün növbələrin uzunluğu əvvəlki kimi deyildi. Belə ki, çoxları səbirsizliklə 3 noyabrda satışa çıxarılacaq “iPhone X” smartfonunu gözləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL