waplog

Sifəti tanıyan qapı zəngi yaradılıb


"Nest Labs" şirkəti insanların sifətini tanıyaraq onlarla müstəqil danışa bilən "Hello" qapı zəngini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, bunun üçün zəng istifadəçisi tanışlarının fotoşəkillərini əvvəlcədən qurğunun məlumat bazasına daxil etməlidir. Qurğu "Google" şirkətinin mütəxəssislər tərəfindən hazırlanan sifətin tanınması sistemindən istifadə edir. Əvvəllər sistemdən "Nest Labs" şirkətinin buraxdığı müşahidə kameralarında istifadə olunub.

Məlumata görə, zəng insanı tanıyanda, o ev sahibinə gələn barədə məlumat verir. Sistem sifəti tanımayanda isə ev sahibinə yad insanın yaxınlaşması barədə xəbər verilir.

Bildirilir ki, zəngə quraşdırılan kamera və mikrofon ev sahibinə gələn qonaqla danışmağa imkan verir. Bununla yanaşı, zəng özü də qonağa müraciət edə bilər. Lakin bunun üçün ev sahibindən, məsələn, evdə olmayanda və s. hallar üçün bir neçə ifadə variantının yazılması tələb olunur. Baxış bucağı 160 dərəcə təşkil edən kamera videonu "HD" formatında çəkərək onu real vaxt rejimində ev sahibinin smartfonuna və ya digər ekranlı qurğuya ötürür. Bundan başqa, qapı zəngi qonaqların şəkillərini çəkə və telefona bildirişlər göndərə bilir. 2018-ci ilin birinci yarısında satışa çıxarılacaq qurğunun qiyməti barədə məlumat verilmir.  

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL