“Xiaomi Mi 7” smartfonu simsiz enerjidoldurmanı dəstəkləyəcək
“Xiaomi” smartfonlarının indiyədək simsiz enerjidoldurma funksiyasını dəstəkləməməsinə baxmayaraq şirkətin növbəti qabaqcıl modelinin “Qi” simsiz enerjidoldurma standartı ilə təchiz ediləcəyi gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Xiaomi” şirkəti “Wireless Power Consortium” (WPC) konsorsiumuna qoşularaq bu barədə ictimaiyyətə məlumat verməmək qərarına gəlib. Bunu sübut edən materiallar isə konsorsiumun rəsmi saytında dərc edilib. Belə ki, iştirakçılar arasında Çinin mobil elektronika istehsalçısının adı sadalanıb.
Məlumata görə, “Xiaomi” ABŞ-ın “Apple” istehsalçısından nümunə götürsə, şirkətin növbəti smartfonu simsiz enerjidoldurma modulu ilə təchiz edilə bilər. Son məlumatlara görə, “Xiaomi Mi 7” modeli 2018-ci ilin birinci yarısında təqdim ediləcək. Yeni smartfon 6 düym diaqonallı “AMOLED” ekran, “Snapdragon 845” prosessor, 6-8 giqabaytlıq operativ yaddaşla təchiz olunacaq.
Qeyd edək ki, “WPC” konsorsiumu “Apple”, “Samsung”, “LG”, “Sony” və s. istehsalçıları birləşdirən 243 şirkətdən ibarət beynəlxalq təşkilatdır. Bu ilin fevralında konsorsiuma qoşulan “Apple” altı ay sonra simsiz enerjidoldurma standartını dəstəkləyən ilk “iPhone” modellərini (iPhone 8, iPhone 8 Plus və iPhone X) təqdim edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL