waplog

“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir


Çinin "Huawei" telekommunikasiya avadanlığı istehsalçısı və ABŞ-ın "Intel" mikroprosessor tərtibatçısı arasında beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) üçün texnologiyaların inkişafına yönələn tərəfdaşlıq haqqında saziş imzalanıb.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkətlər "Interoperability Development Testing" (IODT) layihəsinin "3GPP" konsorsiumu tərəfindən "5G" şəbəkələri üçün "NR" (yeni radio) standartı əsasında hazırlanan uyğunluq testinin birgə həyata keçirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, "Huawei" və "Intel" digər tərəfdaşların dəstəyi ilə vahid beynəlxalq "5G" standartları yaratmaq, "5G" texnologiyalarını sınaqdan keçirmək, avadanlıq istehsalçıları və digər bazar iştirakçıları ilə aktiv əməkdaşlıq etmək niyyətindədir.

Tərəfdaşlar çipset, terminal, şəbəkə və test avadanlıqlarının daxil olduğu vahid "5G" ekosistemini formalaşdırmağa çalışacaqlar.

Bildirilir ki, şirkətlər "5G NR" texnologiyalarının məhsuldarlığını və 6 QHs-dən aşağı tezlik diapazonlarının sınaqlarını keçirməyə hazırlaşırlar. Testlərin yerüstü və peyk radiorabitəsi üçün istifadə olunan "C" diapazonunda keçirilməsi nəzərdə tutulur.

"Huawei" şirkətinin bəyanatında deyilir ki, "C" diapazonu bütün dünyada ilk dəfə istifadə edilən "5G" diapazonlarından biri olmaqla "5G" texnologiyası üçün əsas əhatəni və buraxılış zolağını təmin edəcək. Bundan əlavə, "C" diapazonu ilk kommersiya "5G" diapazonlarından biri olacaq.  

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL