waplog

Universal tərcüməçi istifadəyə veriləcək


“Star Trek” elmi-fantastik filmindəki universal tərcüməçi tezliklə reallığa çevrilə bilər. Çinin axtarış nəhəngi olan “Baidu” şirkətinin proqramçıları səyahətçilərin Asiya ölkələri və ingilis dilində danışan ölkələrdə həyatını asanlaşdıran qurğu üzərində işə başlayıblar. Qurğunun iş prinsipi "Ulduz yolu" serialının personajları tərəfindən istifadə edilən analoji qurğunun işini xatırladır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, smartfonlar üçün universal tərcüməçi proqramlar oxşar funksiyalara malikdir, amma “Baidu” şirkətinin yeniliyi telefonun batareyasının şarjını tam işlətməyəcək. Bundan başqa, “Baidu”nun tərcüməçisi “Wi-Fi” paylaya biləcək, çünki internetə qoşulma imkanı ilə təchiz ediləcək. Tərcüməçi qurğunun çəkisi təxminən 150 qr təşkil edir.

“Baidu” şirkəti tərcüməçi qurğunu yalnız satmağı deyil, həm də kirayə  verməyi planlaşdırır. Sözügedən qurğunun satış və icarəsi əvvəlcə Çində başlanacaq, amma sonra “Baidu” yapon bazarını da fəth etməyə hazırlaşır. Dəstəklənən dillərin sayı hələ ki məlum deyil.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL