waplog

Süni intellekt texnologiyaları bazarında 5 qat artım qeydə alınacaq


“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, yaxın illərdə süni intellekt texnologiyalarına qlobal xərclər təxminən 5 dəfə artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər hesab edirlər ki, 2017-ci ildə süni intellekt sahəsində qlobal koqnitiv sistem və həllər bazarının həcmi ötən illə müqayisədə təxminən 60% artaraq 12 milyard dollar təşkil edəcək. 2021-ci ildə bu göstərici 57,6 milyard dollara yaxınlaşacaq və orta illik artım sürəti 50%-i ötəcək.

Süni intellekt ən çox keyfiyyətin idarə edilməsi və tövsiyələrin tərtibi sistemləri, diaqnostika və müalicə sistemləri, müştərilərin avtomatlaşdırılmış dəstəyi xidmətləri, avtomatlaşdırılmış kəşfiyyat və təhlükələrin qarşısının alınması sistemləri, həmçinin kiberfırıldaqçılığın təhlili və araşdırmalarda istifadə ediləcək. 2017-ci ildə süni intellekt və koqnitiv həllər sahəsində qlobal xərclərin 50%-i yuxarıda adıçəkilən 5 sahənin payına düşəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL