Pilotsuz uçan ilk hidrotəyyarə hazırlanıb
Çində dünyanın ilk pilotsuz uçan hidrotəyyarəsi hazırlanıb. Havaya müstəqil qalxa, uçuşlar edə və su üzərinə enə bilən təyyarə “UVS Intelligence System” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Aparatın əsasını şirkətin istehsal hüququnu bir müddət əvvəl əldə etdiyi İtaliyanın “Colyaer Freedom S100” yüngül təyyarəsi təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “UVS Intelligence System” şirkətinin rəhbəri Lyu Tsiandun bildirib ki, artıq pilotsuz hidrotəyyarənin kütləvi istehsalına başlanılıb. Bu səbəbdən ilk nümunələrin alıcılara ilin sonunadək tədarük ediləcəyi gözlənilir. Onun sözlərinə görə, şirkət bir sıra şirkətlərlə təyyarələrin tədarükü üzrə sazişlər imzalayıb.
Məlumata görə, saatda 180 km sürətlə uçan “U650” pilotsuz uçuş aparatı havada 15 saatadək qala bilir. Təyyarənin uçuş məsafəsi təxminən 2 min km, yük götürmə qabiliyyəti 250 kq təşkil edir. Hidrotəyyarənin karbon lifindən düzəldilən və yüngüllük və möhkəmliliyi təmin edən korpusunun uzunluğu 6 metrə yaxındır. Beş il ərzində ərsəyə gətirilən təyyarə artıq bütün testlərdən keçib. O, ilk uçuşunu 2015-ci ildə yerinə yetirib.
Təyyarə konstruksiyası sayəsində qısa qalxma-enmə zolaqlarından və ya sudan istifadə etməklə qalxa və eniş edə bilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL