Süni intellekt üçün prosessor təqdim edilib
"Intel" şirkəti süni intellektdən istifadə edən sistemlər üçün nəzərdə tutulmuş "Loihi" prosessorunu təqdim edib.
Şirkətin məlumatına görə, son 6 ildə xüsusi komanda insan beyninin fəaliyyətini köçürə bilən tamamilə yeni prosessor arxitekturası üzərində işləyib.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, istehsalçıların sözlərinə görə, "Loihi" çipi ümumi təyinatlı kompüterlərlə müqayisədə 1000 dəfə daha effektiv öyrənir. Həmçinin yeni həll neyron şəbəkələrində məlumatların işlənməsi hissəsində 1 milyon dəfə artırılmış məhsuldarlığı ilə seçilir.
Bundan başqa, yeni prosessor arxitekturası tipik neyron şəbəkələri ilə müqayisədə az sayda resurslardan istifadə edir.
"Loihi" çipi marşrutun planlaşdırılması, şifrləmə, lüğətlərin öyrənilməsi, dinamik modelləşdirmə və adaptasiya kimi məsələlərin öhdəsindən gəlməyə qadirdir.
"Loihi" prosessoru 14 nanometrlik texnoloji proses üzrə hazırlanacaq və 2018-ci ilin birinci yarısında akademik müəssisələrə tədarük ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL