Alimlər ilk qitələrarası “teleportasiya” həyata keçiriblər
Çin və Avstriyadan olan alimlər qrupu ilk qitələrarası "teleportasiya" həyata keçiriblər. Əlbəttə hələ ki, böyükölçülü obyektlərin daşınması müzakirə mövzusu deyil, amma elementar zərrəcikləri planetin müxtəlif hissələrinə ötürmək mümkün olub.
“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, "Mo-Szı" adlı rabitə aparatı sayəsində alimlər "kvant interneti"ni reallaşdırmağa daha da yaxınlaşıblar. Kvant açarları peykdən Yer kürəsinə 1200 km məsafədə ötürülüb. Həmçinin planetin müxtəlif hissələrində yerləşən iki obyekti bir-biri ilə əlaqələndirmək mümkün olub.
Yeni həll yüksək sürətdən başqa xarici dövlətlər tərəfindən dinləməni mümkünsüz edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL