waplog

“Facebook” sifətin tanınması texnologiyasının sınağına başlayıb


“Facebook” sosial şəbəkə istifadəçilərinə hesabın itirilməsi zamanı ondan istifadənin bərpasına imkan verəcək sifətin tanınması texnologiyasını sınaqdan keçirməyə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, şirkət nümayəndələri bildirib ki, biz yeni funksiyanı istifadəçilər tərəfindən hesabın onlara məxsus olmasını tez və asan şəkildə təsdiqi üçün test edirik. Funksiyadan yalnız istifadəçilərin əvvəllər hesablarına daxil olmaq üçün istifadə etdikləri qurğularda yararlanmaq mümkündür. SMS vasitəsilə ikifaktorlu autentifikasiya ilə yanaşı, funksiya şəxsiyyəti təsdiq etməyə kömək edəcək.

Bildirilir ki, sifətin tanınması funksiyası etibarlı və haker hücumlarına qarşı dayanıqlı olacağı təqdirdə ondan çoxsaylı istifadəçilərin yararlanması üçün şərait yaradılacaq.

“Facebook” sosial şəbəkəsində uzun illər ərzində müxtəlif hesabın blokadan çıxarılma üsullarından istifadə olunub. Ayrı-ayrı hallarda sayt dostların fotoşəkillərinin tanınmasını tələb edib. Bundan başqa, istifadəçi hesabının bərpası üçün kod alacaq etibarlı kontaktlar siyahısını əvvəlcədən yaratmaq təklif olunub.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL