waplog

Gələn il 1 milyarddan çox smartfon barmaq izi skaneri ilə təchiz ediləcək


Bu gün artıq bir çox smartfonlar barmaq izi skaneri ilə təchiz edilib. Lakin gələn il “ağıllı” telefonların barmaq izi skaneri ilə təchiz edilməsi trendi daha geniş vüsət alacaq. Bundan başqa, sözügedən texnologiya təkmilləşdirilir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, bazarda barmaq izi skaneri ilə təchiz edilmiş smartfonlara tələbatın artması hiss olunur. Analitiklərin qiymətləndirməsinə görə, 2018-ci ildə bazara tədarük edilən 1 milyarddan çox smartfon barmaq izi skaneri ilə təchiz ediləcək.

Hazırda “Samsung” şirkəti (bazar payı 12%) barmaq izi skaneri ilə təchiz edilmiş smartfonların tədarükü üzrə liderdir. “Apple” (bazar payı 11%) və “Huawei” (bazar payı 8%) şirkətləri növbəti yerləri tuturlar. “Counterpoint Research” analitik şirkətinin məlumatında belə deyilir.

Barmaq izi skanerləri artıq müxtəlif şirkətlərin istehsalı olan smartfonlarda tətbiq edilən standart aparat funksiyasına çevrilir. Bu funksiyanın sürətli yayılması rəqəmli ödəniş və mobil bankçılıq kimi xidmətlərlə izah edilir.

Yeni barmaq izi skaneri barmaq izlərinin 3D şəkillərini yaratmağa imkan verən ultrasəs texnologiyasına əsaslanır ki, bu da daha təhlükəsiz metoddur. Barmaq izi skanerləri yalnız telefonun blokdan çıxarılması və ödənişlərin həyata keçirilməsi üçün deyil, həm də kamera, qalereya və başqa proqramları idarə etmək üçün istifadə edilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL