waplog

“Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" layihəsinə dair Qrant Razılaşması imzalanıb


Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov KOİCA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması" layihəsinə dair Qrant Razılaşmasını imzalayıb.

Koreya Respublikası hökuməti adından KOİCA layihənin 2011-2013-cü illərdə 24 ay ərzində həyata keçirilməsi üçün 4.200.000 ABŞ dolları (dörd milyon iki yüz min ABŞ dolları) həcmində büdcə ayırıb.

Layihənin məqsədləri

1) ictimaiyyətə daha yaxşı xidmətlər göstərilə bilməsi üçün “AzStand” tərəfindən Əqli Mülkiyyət Hüquqlarının (ƏMH) idarəedilməsi sisteminin səmərəliliyini və məhsuldarlığını yaxşılaşdırmaq

2) “AzStand”-ın ƏMH üzrə inzibati işlərinin avtomatlaşdırılması üçün kompyuterləşdirilmiş sistemin yaradılması, Azərbaycanın ƏMH üzrə milli məlumat bazası toplusunun yaradılması və ictimaiyyət üçün Rəqəmsal ƏMH Kitabxanasının yaradılması

3) təlim proqramlarına dəvət və ekspertlər ezam etməklə, habelə “AzStand” nəzdində Təlim Mərkəzinin yaradılması, “AzStand” rəsmilərinə və mühəndislərinə zəruri texnologiyanın, bilik və bacarıqların ötürülməsi vasitəsilə “AzStand” rəsmiləri və mühəndislərinin bilik və bacarıqlarının artırılması

4) Azərbaycanda ƏMH sisteminin davamlılığının təmin edilməsidir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) dövlətin qrant yardımını və texniki əməkdaşlıq proqramlarını həyata keçirən Koreya Respublikasının dövlət agentliyidr. KOİCA-nın əməkdaşlıq etdiyi 43 ölkədə nümayəndəliyi vardır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL