İlk avtonom yük qatarının sınaqları keçirilib
“Rio Tinto” konserni Avstraliyanın Pilbara regionunda dünyada ilk maşinistsiz idarə olunan yük qatarının testinə başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, bir neçə maşinistsiz yük qatarının yaradıldığı “AutoHaul” layihəsinin dəfələrlə avtopilot proqram təminatı və digər gözlənilməz hallarla bağlı problemlərə görə təxirə salınmasına baxmayaraq hazırda qatarın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Sınaq zamanı məsafədən idarə olunan qatar 100 kilometrə yaxın məsafəni qət etməklə avtopilot rejimində nəzarətçi maşınistlərin müşayiəti ilə hərəkət edib. Qatar müstəqil şəkildə 1 km hərəkət etsə də, bu göstərici avtopilotun stabil işləyəcəyini və qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyini nümayiş etdirib.
Bildirilir ki, yükləri müstəqil çatdıra bilən qatarlar şirkətə çoxlu vəsaitə qənaət etməyə imkan verəcək. Belə ki, qatarda insanlar olmayanda dayanmağa, istirahətə və nahara ehtiyac qalmadığı üçün qatar təyinat məntəqəsinə daha tez çatacaq.
Hər şeyin plan üzrə gedəcəyi təqdirdə dünyada ilk uzaq məsafəli maşinistsiz idarə olunan yük qatarının istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, əksər ölkələrdə fəaliyyət göstərən “Rio Tinto” Avstraliya-Britaniya konserni böyüklüyünə görə dünyada üçüncü transmilli mədənçıxarma və metallurgiya şirkətidir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL