Yaraları sağaldan unikal yapışqan təqdim edilib
Hazırda məqsədi qanaxmanı dayandırmaq və ya insan bədənindəki yaranı sağaltmaq üçün universal yapışqan yaratmaq olan bir neçə layihə mövcuddur. Müxtəlif tədqiqat komandaları məsələnin həllinə müxtəlif istiqamətlərdən yaxınlaşır. Məsələn, Avstraliya Universitetinin alimləri yapışqanın yaradılması zamanı son dərəcə elastik zülallardan istifadə ediblər. “MeTro” adlı yapışqan yaranı yapışdırmaq imkanına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yapışqan ultrabənövşəyi işığın təsiri zamanı çox elastik materiala çevrilən zülallardan ibarətdir. “MeTro” yapışqanı yaranın üzərinə çəkildikdən bir dəqiqə sonra onu aralanmış toxumaları birləşdirir. Bu yapışqanın köməyilə tibb sahəsində istifadə edilən tikişlərdən xilas olmaq olar.
Sözügedən kley zəhərli deyil və istifadəsi çox rahatdır" – professor Nasim Annabi jurnalistlərə deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL