waplog

Ən zəif süni intellekt bəlli olub


Çindən olan tədqiqatçılar qrupu müəyyənləşdirib ki, "Apple" şirkətinə məxsus "Siri" süni intellekti ən zəif "ağıllı assistentdir". Bu haqda "Business Insider" nəşri yazıb.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, mütəxəssislər müxtəlif süni intellekt sistemlərinin intellekt əmsalını qiymətləndiriblər. 2016-cı ildə 47,3 bal toplamış "Google"un assistenti lider olub. İntellekt səviyyəsinə görə növbəti yerləri "Baidu" (33 bal), "Microsoft Bing" (32) və "Siri" (24) tuturlar. Mütəxəssislər qeyd ediblər ki, 6 yaşlı uşağın intellekt əmsalı orta hesabla 55,5 bal təşkil edir.

"Siri" – "iOS", "watchOS", "macOS" və "tvOS" sistemlərinin tərkibinə daxil olan şəxsi köməkçidir. O, ilk dəfə 2011-ci ildə "iPhone 4s" qurğusunda tətbiq edilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL