23 meqapiksellik kamera ilə təchiz edilmiş “ZenFone V” smartfonu təqdim edilib
Tayvanın “ASUS” şirkəti tərəfindən təqdim edilmiş yeni “ZenFone V” smartfonu qabaqcıl foto imkanlara malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, qurğunun əsas kamerası 23 meqapiksellik təsvir datçikinə, ikiqat LED işıqlandırıcı, 6 elementli optika, təsvirin optik sabitləşməsi sistemi, elektron stabilizator və 0,03 saniyə ərzində işə düşən lazer avtofokusuna malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.
“AMOLED” texnologiyası üzrə hazırlanmış 5,2 düymlük ekranın təsvir ölçüsü 1920x1080 pikseldir. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 32 QB təşkil edir.
Smartfon 2,15 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 820” prosessoru və “Adreno 530” qrafik bloku ilə təchiz edilib. 7,6 mm-lik qalınlığında aparatın çəkisi 147 qr-dır.
Bundan başqa, barmaq izi skaneri, sürətli enerjidoldurma funksiyasına malik 3000 milliamper/saat tutumunda akkumulyator mövcuddur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL