Ekstremal temperaturda işləyən yaddaş kartları təqdim edilib
“Western Digital” şirkəti yaddaş kartlarının yeni seriyasını təqdim edib. “SD” və “microSD” formatlı daşıyıcılar yüksək təhlükəsizlik dərəcəsinə malikdir, nəqliyyat vasitələri və sənaye avadanlığında istifadə üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yenilik üç istehsal xəttinə bölünür: “SanDisk Automotive”, “Industrial” və “Industrial XI”. Birinci istehsal xəttinə aid olan 8, 16, 32 və 64 QB-lıq avtomobil SD kartları -40-dan +85 selsi dərəcəyədək temperaturda işləyir.
Sənaye sistemləri üçün daşıyıcılar “SD” və “microSD” versiyalarında təqdim olunub və -25-dən +85 selsi dərəcəyədək temperaturda işləyir. Daşıyıcıların tutumu 8-128 QB aralığındadır.
Nəhayət, “Industrial XI” istehsal xəttinə aid olan 8-64 QB-lıq “SD” kartlar -40-dan +85 selsi dərəcəyədək temperaturda işləyir.
Bütün daşıyıcılar məlumatları saniyədə 80 MB sürətlə oxuyur. Verilənlərin yazma sürəti isə maksimum 50 MB-dır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL