“5G” rabitə texnologiyası üzrə məlumatların ötürülməsində rekord göstərici qeydə alınıb
İnformasiya texnologiyalarına həsr edilmiş “GITEX” illik sərgisi çərçivəsində BƏƏ-nin “Etisalat” telekommunikasiya şirkəti beşinci nəsil rabitə texnologiyasının imkanlarını nümayiş etdirib. Alimlər mobil şəbəkələrdə məlumatların simsiz ötürülməsi sürəti üzrə dünya rekorduna imza atmağa nail olublar. Mütəxəssislər bunun üçün kanalın buraxılış zolağını artırmağa imkan MIMO massiv və 2 QHs tezlikdən istifadə ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, təqdimat zamanı “Etisalat” şirkətinin əməkdaşları məlumatları 71,75 Qbit/s sürətlə ötürməyə nail olublar. Həmçinin sərgidə “5G” texnologiyasının səhiyyə sahəsində, “4K” formatlı videonun göndərilməsi və sifətin tanınması üzrə tətbiq ssenariləri nümayiş etdirilib.
Yaxın 3 ildə beşinci nəsil texnologiyasının qlobal istismarı gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL