Dünyada ən çox satılan smartfonlar açıqlanıb
“iPhone 7” 2017-ci ilin ilk yarısı üçün dünyada ən çox satılan smartfonlar siyahısında birinci yeri, böyüdülmüş “iPhone 7 Plus” modeli isə ikinci yeri tutub. Buna baxmayaraq “iPhone 7 Plus” modeli 2016-cı ilin birinci yarısında satışa çıxarılan “iPhone 6s” və “iPhone 6s Plus” smartfonları ilə müqayisədə az tədarük edilib. Bu barədə “IHS Markit” tədqiqat şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Apple” şirkəti əvvəllər də ilk yerlərə layiq görülüb. Belə ki, “iPhone 6” və “iPhone 6s” modelləri 2015-2016-cı illərin ilk yarısında müvafiq olaraq ən çox satılan smartfonlar seçilib. Lakin hazırda onların bazar payı azalmaqda (bu il əvvəlcə 10 faizdən 7 faizədək, daha sonra 5 faizədək) davam edir.
Hesabata görə, liderlər üçlüyünü “Samsung” şirkətinin aşağı 540х960 piksel təsvir ölçülü 5 düym diaqonallı ekranla təchiz edilən ilkin səviyyəli ucuz “Galaxy Grand Prime Plus” modeli tamamlayıb. Dördüncü yerdə 2015-ci il buraxılışlı “iPhone 6s”, beşincidə “Samsung Galaxy S8” qərarlaşıb.
Altıncı pillədə “Samsung Galaxy S8+” smartfonu yer alıb. Cənubi Koreya şirkəti “Galaxy S7 edge” modelinin dördüncü yeri tutduğu ötən ildən pis nəticə nümayiş etdirib. “IHS” nümayəndələri bunu yeni qurğuların gec buraxılması ilə izah ediblər: “Galaxy S8” və “Galaxy S8+” apreldə - adəti üzrə əvvəllər olduğundan bir ay gec satışa çıxarılıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL