Britaniyada “ağıllı” piyada keçidinin sınağı keçirilib
İngiltərənin “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidi yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “Direct Line” mühəndislərinin hazırladığı texnologiya yollarda təhlükəsizliyi artıra biləcək texnoloji qurğu hesab olunur. “Ağıllı” keçid piyadanı aşkarlayaraq sürücünü təhlükə barədə xəbərdar edə bilən bir neçə sensordan ibarətdir. Bundan əlavə, keçid əks istiqamətdə işləyərək piyadalara yaxınlaşan nəqliyyat vasitələri barədə məlumat verir.
Məlumata görə, işıq diodları ilə təchiz edilən piyada keçidi bir neçə rejimdə işləyir: yol boş olanda - avtomobil və ya velosipedçilər olmayanda keçiddə avtomatik olaraq yaşıl işıq yanır. Keçidin ilkin uzunluğu 22 metr təşkil edir, lakin yolu çoxlu insan keçən zaman onun eni genişlənir. Həmçinin sistem gecə vaxtı piyadaların üzərinə işıq salaraq sürücünü bu barədə xəbərdar edir. Keçidə nəqliyyat vasitəsi yaxınlaşanda isə onun qırmızı işığı yanır.
Bundan başqa, piyadaçı yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən zaman keçiddə yaşıl işıq əvəzinə qırımızı yanır. Məsələn, piyadaçı keçiddən kənara çıxacağı təqdirdə sistem sürücünü təhlükə barədə məlumatlandıra biləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL